Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Konteynerlərə hələ ehtiyac yoxdur

Bu il yükdaşıma tariflərinin əhəmiyyətli dərəcədə azalması fonunda yeni konteynerlərə tələbat zəifdir, lakin 2024-cü ildə tələbat artacaq.

“The Loadstar” xəbər verir ki, bu barədə Çin Beynəlxalq Dəniz Konteynerlərinin (“China International Marine Containers”, “CIMC”) illik ümumi yığıncağında qrupun baş direktoru Mai Bolyan məlumat verib.

Çinin ən böyük konteyner istehsalçısının rəhbərinin sözlərinə görə, “CIMC” bu il yeni konteynerlər üçün bir neçə sifariş verib, ona görə də köhnələrin utilizasiyası ilə tələbat gələn ilin əvvəlində bərpa olunacaq.

Nəşrin məlumatına görə, “CIMC”-nin 2023-cü ilin birinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 23,8 milyon dollar təşkil edib. Bu, satışın kəskin azalması ilə bağlıdır. Belə ki, quru konteynerlərin satışı 2022-ci ilin birinci rübü ilə müqayisədə 77% azalaraq 82,5 min TEU, soyuducu konteynerlərin satışı 63% azalaraq 12,1 min TEU, ixtisaslaşdırılmış konteynerlərin satışı 13% azalaraq 66,1 min ədəd təşkil edib. 2022-ci ilin sonunda “CIMC”-nin xalis mənfəəti iki dəfə azalaraq 466,5 milyon dollar təşkil edib.

“BIMCO”-nun konteyner daşımaları bazarı üçün son proqnozuna görə, 2024-cü ildə konteyner daşımalarının həcmi 185 milyon TEU-ya çatacaq ki, bu da 2022-ci illə müqayisədə 7% çoxdur. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu bu il 2,8%, 2024-cü ildə isə cəmi 3% artım proqnozlaşdırır.

“Uzunmüddətli perspektivdə dünya ticarəti Çindən Cənub-Şərqi Asiyaya, Afrikaya və hətta Cənubi Amerikaya doğru irəliləyir. Biz bazar dinamikasını yaxından izləyirik və daha ətraflı araşdırma aparırıq. Bazar necə dəyişsə də, “CIMC”-nin dünya konteyner sənayesindəki mövqeyi dəyişməyəcək”, - deyə Mai Bolyan yekunlaşdırıb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır