Banqladeşdə tankerdə partlayış baş verib
Banqladeşin Jalakati şəhərində 11 min ton neft məhsulu daşıyan "Shagor Nandini-2" tankerində partlayış baş verib.
Yerli mətbuat xəbər verir ki, yanğın nəticəsində azı 4 nəfər həlak olub, ondan çox adam yaralanıb.
Şahidlərin sözlərinə görə, partlayış tankerin maşın şöbəsində baş verib və nəticədə tankeri hər tərəfdən əhatə edən güclü yanğın bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.
Partlayışın dəqiq səbəb məlum deyil.
Yanacaq başqa gəmilərə ötürüldüyü üçün neftin dağılması barədə məlumat verilməyib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


