Kiberhücuma görə Yaponiyanın ən böyük limanında iş dayanıb
Yaponiyanın ən böyük yükaşırma müəssisəsi olan Naqoya limanı kiber hücuma məruz qalıb.
“Japan Times” portalının liman operatorunun bəyanatına istinadən verdiyi məlumata görə, işin dayandırılmasına səbəb rəqəmsal kəsilmə olub.
Polis araşdırmaya başlayıb və sözçüsü yerli mətbuata bildirib ki, liman operatoru limanın informasiya sisteminin bərpası müqabilində ödəniş tələbi alıb.
İxrac edilən “Toyota” avtomobilləri də bu limandan aşırılır. “Toyota” şirkəti vəziyyəti diqqətlə izləyir. Limanın məlumat sistemindəki nasazlığın hələ hazır avtomobillərin tədarükünə və ya onların istehsalına təsir göstərmədiyi bildirilir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


