Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

“Aframax” tipli tankerlərə işə qəbul davam edir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) “Aframax” tipli tankerlərinə işə qəbulu davam edir.

Həm komandir, həm də sıravi heyət üzrə elan edilən vakansiyaların müddəti cari  ilin 31 dekabrına qədər qüvvədə olacaq. Namizədlərdən tanker gəmilərin idarəolunması üzrə müvafiq işçi diplomu və sertifikatlar tələb edilir. Eyni zamanda komandir heyətinə namizədlərin 3 il, sıravi heyət üçün isə 1 il iş stajı və yaxşı səviyyədə ingilis dili biliyinin olması vacibdir.

Namizədlər vakansiyalara elektron qaydada müəyyən edilmiş tarixədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

KOMANDİR HEYƏTİ ÜZRƏ - https://www.asco.az/az/pages/202?VacancyID=12525

 

SIRAVİ HEYƏTİ ÜZRƏ - https://www.asco.az/az/pages/202?VacancyID=12526


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır