Çinin ilk beynəlxalq kruiz gəmisi üç ildən sonra Tyanzin limanına gəlib
Liberiya bayrağı altında üzən kruiz gəmisi 2023-cü il iyulun 8-də Çinin şimalındakı Tyanzin limanına yan alıb.
“Sinhua” xəbər verir ki, bu, son üç il ərzində Tyanzin limanına gələn ilk beynəlxalq kruiz gəmisi olub.
“Dream” kruiz laynerinin uzunluğu 261 metr, eni 40 metr və ümumi tutumu 77,5 min tondur. Gəmi 1000-dən çox kayutda 2000-dən çox sərnişini qəbul edə bilir.
Tyanzin uzun müddət Çinin şimalında kruiz gəmiləri üçün mərkəz olub. Liberiya bayraqlı kruiz gəmisinin gəlişi, COVID-19 pandemiyasının başa çatmasından sonra şəhərdə kruiz turizminin bərpasını göstərir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


