Nyu-Cersi limanında Ro-Ro gəmisi yanıb
İtaliya bayrağı altında üzən “Ro-Ro Grande Costa d'Avorio” konteyner gəmisi ABŞ-ın Nyu-Cersi limanında yanıb.
“The New York Times”-in məlumatına görə, gəminin göyərtəsindəki 1200 avtomobilin bəzilərində yanacaq olub.
Yanğının söndürülməsi zamanı iki yanğınsöndürən dünyasını dəyişib. Gəmidə güclü tüstü müşahidə olunub.
Qeyd edək ki, uzunluğu 210,92 metr olan “Grande Costa d'Avorio” konteyner gəmisi 2011-ci ildə tikilib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


