Syamen limanından Avropaya 1800 elektrik avtomobili göndərilib - Video
İyulun 8-də Çin istehsalı olan 2500-dən çox avtomobil ölkənin şərqindəki Fuszyan əyalətinin Syamen limanından Avropaya göndərilib. Bunlardan 1800-dən çoxu Fuszyan əyalətinin Ninqde şəhərində istehsal olunan yeni enerji nəqliyyat vasitələridir (NEV).
“Sinxua” agentliyinin məlumatına görə, gəminin təxminən 30 gün ərzində Böyük Britaniyaya çatması, daha sonra isə Belçika və Almaniya limanlarına yan alması gözlənilir.
“COSCO Shipping Car Carriers Co., Ltd.” şirkəti baş direktorunun sözlərinə görə, 2026-cı ilə qədər şirkətin donanması 30 gəmidən ibarət olacaq və hər il Çindən ixrac edilən 700 min avtomobili daşıya biləcək.
Bu ilin əvvəlindən Syamen limanından 43 mindən çox elektrik avtomobili ixrac edilib ki, bu da ötən illə müqayisədə təxminən 5 dəfə çoxdur.
“Seanews.az”


