May ayında cədvələ uyğunluq baxımından ən etibarlı gəmiçilik şirkəti “Maersk” olub
Xətti Cədvələ Uyğunluq İndeksi aydan-aya yaxşılaşır. Belə ki, 2023-cü ilin mayında bu göstərici əvvəlki ayla müqayisədə 2,7 bal artaraq 66,8% olub. Ötən ilin göstəricisi ilə müqayisədə artım 30,3 faiz təşkil edib.
“Sea-Intelligence”-nin hesabatında belə deyilir.
Bununla yanaşı, may ayında əvvəlki ayla müqayisədə orta gecikmə müddəti 0,04 gün artaraq 4,39 günə çatıb. Ötən ilin may ayı ilə müqayisədə isə gecikmələr 1,86 gün azalıb.
Bu ilin may ayında cədvələ uyğunluq baxımından ən etibarlı gəmiçilik şirkəti 73,5% ilə “Maersk” olub.
“Wan Hai” şirkətinin uyğunluq dərəcəsi 70,9%-dir.
Sonra 70,4% cədvələ uyğunluq indeksinə malik “MSC” gəlir.
“HMM” 52,6% ilə ən aşağı uyğunluq dərəcəsinə sahibdir.
Ümumilikdə, 14 ən böyük xəttdən 13-ü may ayında cədvələ uyğunluğu yaxşılaşdırıb və yalnız “HMM”-də azalma qeydə alınıb.
Ötən ilin may ayı ilə müqayisədə istisnasız olaraq bütün xətlər cədvələ uyğunluq indeksində ikirəqəmli artım nümayiş etdirib.
“Seanews.az”


