70 min ton mayeləşdirilmiş təbii qaz Vyetnama çatdırılıb
Yunanıstan bayrağı altında üzən və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Maran Gas Achilles” gəmisi “Thi Vai Liquefied Natural Gas” (LNG) Terminalına yan alıb.
“Offshore Energy” sənaye portalı xəbər verir ki, gəmi “PV Gas” qaz korporasiyası üçün mayeləşdirilmiş təbii qazın ilk partiyasını Vyetnama çatdırıb.
İndoneziyanın Bontanq limanından Vyetnama 70 min ton LNG gəlib. İlk çatdırılma “Thi Vai” (PV Gas) terminalının və LNG saxlama qurğusunun işə salınması və sonrakı istismarının bir hissəsidir. Sınaq partiyasının təchizatçısı kimi “Shell International Energy Group” seçilmişdir.
Gəmi yanalandan sonra qaz həcmi 180 min kubmetr olan anbara vurulub. “Thi Vai” qurğusu birinci mərhələdə ildə 1 milyon tona qədər LNG tutumuna malik olacaqdır. Layihənin ikinci mərhələsində 3 milyon tona qədər artımı nəzərdə tutulur.
“Seanews.az”


