ASCO işgüzar görüşdə təmsil olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavini Cəlal Fərəcli və İnsan Resurslarının İdarəedilməsi Departamentinin (İRİD) rəisi Sevda Məmmədova “Deloitte Azərbaycan” şirkətinin təşkil etdiyi işgüzar görüşdə iştirak edib.
Görüş “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının yeddinci buraxılışının təqdimatı çərçivəsində baş tutub.
Azərbaycanda fəaliyyət göstərən aparıcı biznes rəhbərləri və İnsan resursları peşəkarlarının iştirak etdiyi işgüzar görüşdə ölkəmizin makroiqtisadi göstəriciləri müzakirə edilib, eləcə də Azərbaycanın əmək bazarında müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb.
ASCO adından çıxış edən İRİD rəisi Sevda Məmmədova sual-cavab panelində iştirakçıları maraqlandıran suallara da cavab verib.



