“GTT” beş yeni qaz daşıyıcısının çənlərini layihələndirəcək
“Gaztransport & Technigaz” (“GTT”) beş yeni qaz daşıyıcısının çənlərinin layihələndirilməsi üçün “Samsung Heavy Industries” (“SHI”) şirkətindən sifariş alıb.
Bu barədə “GTT”-nin mətbuat xidməti məlumat yayıb.
Çənlərin tutumu 174-180 min kubmetr olacaq.
Onlar həmçinin “GTT” tərəfindən hazırlanmış “Mark III”-ün membran mühafizə sistemi ilə təchiz olunacaq.
“Gaztransport & Technigaz” 1994-cü ildə iki böyük LNG membran saxlama sistemləri istehsalçısı “Gaztransport” və “SNTechnigaz” şirkətlərinin birləşməsi nəticəsində yaranıb və hermetik qaz anbar sistemlərinin hazırlanması üzrə ixtisaslaşmışdır.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


