Avtomobil daşıyan gəmi 450 ton ağırlığında kranı da aşırıb
Bremerhaven limanında körpüdə dayanan “Wallenius Wilhelmsen Don Kijote” avtomobil daşıyıcısının trosu qırılıb.
“Splash 24/7” xəbər verir ki, hadisə axşam radələrində baş verib. Uzunluğu 227 metr, eni 32 metr olan gəmi üzən quru doka, körpüyə ziyan vurub və 450 ton ağırlığında olan kranı aşırıb.
Bremen polisi maddi ziyanın “altı rəqəmli” olacağını düşünür. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Daha sonra avtomobildaşıyan yedək gəmilərinin köməyi ilə yerinə qaytarılıb.
Hadisənin səbəbi ilə bağlı araşdırma davam edir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


