Hamina-Kotka limanına 1232 gəmi yan alıb
2023-cü ilin yanvar-iyun aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 7,87 milyon tona çatıb.
Liman administrasiyasının məlumatına görə, ixrac yüklərinin aşırılması 2,7% azalaraq 5,1 milyon tona, maye yüklərin aşırılması təxminən 5 dəfə azalaraq 211,9 min tona düşüb.
İdxal edilən yüklərin aşırılması 41,5% artaraq 2,76 milyon tona çatıb. Ümumi yüklərin aşırılması 341,3 min ton təşkil edib ki, bu da 19,5% az deməkdir.
Tranzit daşımaları 4,9% azalaraq 1,79 milyon tona, ölkədaxili daşınmalar isə 52,2% azalaraq 139,82 min tona düşüb.
Hamina-Kotkanın konteyner dövriyyəsi 0,8% artaraq 308,46 min TEU təşkil edib.
Limana 1232 gəmi yan alıb ki, bu da 6,6% artım deməkdir.
Qeyd edək ki, 2022-ci ildə limanın yük dövriyyəsi 16,3 milyon ton olub.
“Seanews.az”


