Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

“MAN ES” gəmi mühərriklərini təkmilləşdirir

“MAN Energy Solutions” şirkəti “Seaspan Corporation” (“Seaspan”) və xətti gəmiçilik şirkəti “Hapag-Lloyd” üçün gəmi mühərriklərinin təkmilləşdirilməsi layihəsini həyata keçirəcək. İmzalanmış müqaviləyə görə, “MAN”-ın PrimeServ” bölməsi “MANB&W S90” ağır neft mühərrikləri ilə təchiz edilmiş gəmilərin “ME-LGIM” ikili yanacaq seriyasına çevrilməsi üçün 15 kompleks həll təqdim edəcək.

Bütün işlər başa çatdıqdan sonra mühərriklərin metanolla işləyə biləcəyi gözlənilir.

Müqavilə 45 əlavə mühərriki təkmilləşdirmə həllinin təqdim edilməsini nəzərdə tutur. Hər bir gəmi "yaşıl" metanolda işləyərkən CO2 emissiyalarını ildə 50-70 min ton azaldacaq.

“Seaspan” dünyanın aparıcı gəmiçilik xətlərinə uzunmüddətli çarter müqavilələri əsasında ixtisaslaşmış nəhəng konteyner gəmiləri icarəyə verir. Korporasiyanın inkişaf proqramına uyğun 70 yeni gəmi tikiləndən sonra “Seaspan”-in donanmasındakı gəmilərin sayı 200-ə, tutumu isə 1,9 milyon TEU-ya çatacaq.

Qabaqcıl daşıma şirkətlərindən biri olan “Hapag-Lloyd”-ın 1,8 milyon TEU tutumlu 250 müasir konteyner gəmisi var. Şirkət 2045-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı qarşısına məqsəd qoyub.

“MAN Energy Solutions” (qərargahı Auqsburqda, Almaniya) isə gəmilərdə və elektrik stansiyalarında istifadə üçün nəzərdə tutulan böyük dizel mühərriklərinin istehsalı üzrə liderdir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır