İlk gəmi səfərə Montevideodan yola düşəcək
“Ocean Network Express” (“ONE”) Avropa, Aralıq dənizi və Cənubi Amerikanın şərq sahillərindəki limanlar arasında ilk xüsusi xidmət xəttini - “Latin-East-Coast Europe Express”-i (“LUX”) işə salır.
Şirkətdən “SeaNews”-a verilən məlumata görə, xidmət üzrə ilk gəmi sentyabrın 16-da Montevideodan (Uruqvay) yola düşəcək.
Xidmət həftəlik olacaq. Gəmi Rotterdam - London Gateway - Hamburq - Antverpen - Lissabon - Alxesiras - Santos - Paranaqua - Montevideo - Buenos Ayres - Itapoa - Paranaqua - Santos - Rio de Janeiro - Alxesiras – Rotterdam ardıcıllığı ilə limanlara yan alacaq.
“ONE”-a görə, “LUX” Lissabondan Cənubi Amerikanın şərq sahillərinə qədər bazarda yeganə birbaşa xidmət olacaq.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


