Endirimlər ilin sonunadək qüvvədə olacaq
Süveyş kanalı administrasiyası (SCA) ABŞ-Asiya marşrutu üzrə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcıları üçün endirimlərin vaxtını uzadır.
“Seatrade Maritime News” xəbər verir ki, LNG daşıyan gəmilərin həm yük, həm də ballastda Süveyş kanalı vasitəsilə tranzitini təşviq etmək üçün ilin sonuna qədər bir sıra endirimlər qüvvədə olacaq.
Qəzet yazır ki, Meksika körfəzindəki limanlarla Meksika körfəzinin cənubundakı limanlar, eləcə də Asiyadakı limanlar arasında hərəkət edən LNG tankerləri üçün iki növdən daha yüksək olan endirim tətbiq olunacaq.
Endirimlərin məbləği gəminin nə qədər şərqə getməsindən asılı olacaq: Omanın Sur limanından Hindistanın Koçimi limanına 30% endirim; Koçindən şərqə Malayziyadakı Port Klanq limanına qədər 60% endirim; Port Klanqın şərqindəki limanlar üçün 75% endirim nəzərdə tutulur.
Şimali Amerikanın şərq sahilindəki limanlar ilə Hindistan yarımadası və Asiya Sakit okeandakı limanlar arasında fəaliyyət göstərən LNG daşıyıcıları üçün daha aşağı endirim dərəcəsi tətbiq edilir. Kəraçidən (Pakistan) Koçinə (Hindistan) qədər olan limanlar 10%, ərazinin şərqindəki limanlar isə adi ödəniş tarifləri üzrə 35% endirimdən istifadə edirlər.
Yeni endirim dərəcəsi 1 iyul 2023-cü il tarixindən tətbiq edilir. Gəmilər əvvəlcə Süveyş kanalından tranzit üçün bütün normal ödənişləri tam ödəyir və sonra endirim üçün müraciət edirlər.
“Seanews.az”


