Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Çin ümumi dedveyti 21,13 milyon ton olan gəmilər inşa edib

2023-cü ilin birinci yarısında Çin ümumi dedveyti 21,13 milyon ton olan gəmilərin tikintisini başa çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 14,2% çoxdur.

“Sinxua” agentliyi ÇXR Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, bu, dünya üzrə gəmi tikintisi həcminin 49,6%-ni təşkil edir.

Bu ilin yanvar-iyun aylarında Çinin gəmiqayırma müəssisələri tərəfindən alınan yeni sifarişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,7% artaraq 37,67 milyon dvt olub ki, bu da ötən ilin yanvar-iyun aylarında bütün dünya üzrə yeni sifarişlərin ümumi həcminin 72,6%-nə uyğundur.

İyunun sonuna olan məlumata görə, Çin gəmiqayırma sənayesində cari sifarişlər 123,77 milyon dwt-a (əvvəlki ilə nisbətən 20,5% artıb) çatıb ki, bu da dünya üzrə göstəricinin 53,2%-i deməkdir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır