Helsinki limanının xidmətindən 3,99 milyon sərnişin istifadə edib
2023-cü ilin yanvar-iyun aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 8,6% azalaraq 7 milyon ton təşkil edib.
Liman administrasiyasının məlumatına görə, taralarda aşırılan yüklər 9,1% azalaraq 5,86 milyon tona, qalaq yüklər 1,4% azalaraq 674 min tona, digər yüklər 16,6% azalaraq 424 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 11,4% azalaraq 214,3 min TEU olub. Ro-Ro yükləri 6,8% azalıb.
Limandan istifadə edən sərnişinlərin sayı 25,3% artaraq 3,99 milyon nəfərə çatıb.
Hesabat dövründə limana 3613 gəmi yan alıb ki, bu da 1,9% az deməkdir.
2022-ci ildə Helsinki limanının yük dövriyyəsi 15,18 milyon ton təşkil edib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


