Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Ninbo-Çjouşan limanı gəmiçilik marşrutlarının bazarın tələblərinə uyğun planlaşdırılmasına üstünlük verir

Ölkənin şərqindəki Zhejiang əyalətində yerləşən Çinin ən işlək yükaşırma müəssisəsi olan Ninbo-Çjouşan limanının yük dövriyyəsi 2023-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 679 milyon tona çatıb.

Bu barədə “Sinxua” məlumat yayıb.

İlin birinci yarısında bu liman vasitəsilə konteyner daşımalarının həcmi 17,6 milyon TEU-nu ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Qeyd olunur ki, bu il Ninbo-Çjouşan limanı gəmiçilik marşrutlarının bazarın tələblərinə uyğun planlaşdırılmasına üstünlük verir. Hazırda Ninqbo-Çjouşan limanında 301 konteyner marşrutu mövcuddur ki, onlardan 249-u beynəlxalq marşrutdur.

Liman vasitəsilə dəniz və dəmir yolu ilə multimodal yük daşımalarının həcmi də ilk altı ayda sabit templə artaraq 808 min TEU təşkil edib və illik müqayisədə 7% artıb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır