ABŞ HDQ həyəcan təbili çalır: ”Çinin gəmiqayırma qabiliyyəti Birləşmiş Ştatlardan 232 dəfə çoxdur”
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) brifinqində Çin və Birləşmiş Ştatların yeni dəniz vasitələri inşa etmək imkanları və onların ümumi dəniz gücü ölçüləri arasındakı narahatverici bərabərsizliyə yenidən diqqət çəkilib.
Ordu.az xəbər verir ki, ABŞ HDQ-nin Kəşfiyyat İdarəsi tərəfindən toplanan məlumatlara görə, Çinin gəmi istehsalçıları döyüş gəmiləri və sualtı qayıqlar istehsal etmək baxımından Birləşmiş Ştatları 200 dəfədən çox üstələyirlər və bu, donanma ölçülərindəki boşluğu genişləndirməyə kömək edir.
Bu vəziyyət ABŞ HDQ-nin gələcəkdə istənilən yüksək səviyyəli münaqişədə Çin donanmalarına meydan oxumaq və öz qüvvələrini dənizdə saxlamaq qabiliyyəti ilə bağlı uzun müddətdir mövcud olan narahatlıqları vurğulayır.
Qeyd edilib ki, Çinin gəmiqayırma zavodları təxminən 23 250 000 milyon ton, ABŞ-nin gəmiqayırma zavodları isə 100 000 tondan az istehsal gücünə malikdir. Bu, ABŞ-dən ən azı 232 dəfə böyük tutum deməkdir.


