Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Hindistanda gəmi saya oturub

Hindistanın Kəlküttə limanı yaxınlığında k “MTT Singapore” adlı konteynerdaşıyan gəmi saya oturub.

“Seanews.az” xəbər verir ki, bu barədə Hindistanın Liman, Gəmiçilik və Su Yolları Nazirliyi məlumat yayıb.

Malaziyanın “MTT Shipping” şirkətinə məxsus gəmidə hadisə zamanı 20 nəfər heyət üzvü və 388 konteyner olub.

Bəzi məlumatlara görə, qəza gəminin sükan mexanizminin sıradan çıxması səbəbindən baş verib. Başqa bir versiyada isə onun digər gəmini ötmək istəyərkən toqquşmadan yan keçmək üçün manevr edərkən saya oturduğu bildirilir.

Hadisə nəticəsində yükün dənizə düşməsi faktı qeydə alınmayıb. Konteynerdaşıyanı saydan çıxartmaq üçün əraziyə yedək gəmilər cəlb olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır