Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu ASCO-nun “STB-1” barjı vasitəsilə yola salınıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənərək dənizdəki əməliyyat yerinə çatdırılması üçün yola salınıb.

Barj xüsusi yedək gəmilərinin müşaiyəti ilə təyinat məntəqəsinə göndərilib.

ACE platformasının üst modulunun çəkisi 19600 ton, hündürlüyü 36 metrdir.

Qeyd edək ki, "Azəri Mərkəzi Şərqi" layihəsində istismar olunması üçün ASCO-nun "STB-1" barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır