Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Konteynerdaşıyan gəmilərin utilizasiyasında artım qeydə alınıb

Cari ilin əvvəlindən indiyədək dünyada ümumi tutumu 110 min TEU olan 57 konteynerdaşıyan gəmi doğranıb.

“Seanews.az” xəbər verir ki, ötən ilin eyni dövründə cəmi 4 konteynerdaşıyan gəmi doğranılmaya göndərilib. Onların da ümumi tutumu 2.7 min TEU olub.

Mütəxəssislərin proqnozlarına əsasən, bu ilin sonuna qədər ümumi tutumu 207 min TEU-ya bərabər olan 105 gəmi də utilizasiya olunacaq.

Doğranma tempinin artması yeni tikilən gəmilərin çoxalması ilə əlaqələndirilir. 2023-cü ilin ilk 6 ayında dünyada 126 yeni konteynerdaşıyan gəmi istismara verilib. İlin sonuna kimi konteyner donanmasına əlavə 210 gəminin daxil olması gözlənilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır