Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Yeni konteyner gəmilərinin istismara verilməsi konteyner daşıma imkanlarını genişləndirməyəcək

2024-cü ildə rekord sayda konteyner gəmisinin istismara veriləcəyi gözlənilir. Bu baxımdan, bir çox analitiklər artıq tutum fonunda konteynerlərin yükdaşıma tariflərinin daha da azalacağını proqnozlaşdırırlar.

“Lakin növbəti illərdə yeni gəmilər istifadəyə verildiyi üçün tamam başqa vəziyyət yarana bilər. Əslində, yeni donanma sadəcə olaraq köhnəni əvəz etmək üçün gələcək”, - “Container News” nəşri “Alphaliner”-ə istinadən yazır.

Proqnoza görə, bu il ümumi tutumu 2,2 milyon TEU olan 385 konteyner gəmisi təhvil verilməlidir. Amma bu rekord da təzələnəcək - 2024-cü ildə ümumi tutumu təxminən 3 milyon olan 391 konteyner gəmisinin istismara verilməsi gözlənilir ki, onlardan 113-ü tutumu 12,5 min TEU-dan çox olan gəmilərdir.

Hazırda dünya konteyner donanmasının tutumu 26 milyon TEU-ya çatıb, 20 il əvvəl bu rəqəm 6 milyon TEU idi.

“Son 20 il ərzində dünya konteyner donanması ildə təxminən 1 milyon TEU artıb. Lakin “Alphaliner” hesab edir ki, yaxın gələcəkdə yeni gəmilər üçün sifarişlərin artım tempi sabit bazarların yoxluğundan dayanıqlı olmayacaq. “Uzun müddət ərzində ilk dəfədir ki, bir çox yeni gəmilər bazar imkanlarını genişləndirməkdənsə, ilk növbədə ekoloji cəhətdən daha az yararlı köhnə gəmiləri əvəz etmək üçün sifariş edilib. Ona görə, yaxın gələcəkdə belə gəmilərin, o cümlədən yaşı 15-dən aşağı olanların təkrar emal üçün doğranmasının artacağı proqnozlaşdırılır”.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır