Hamburq limanında konteyner aşırılması 2023-cü ilin birinci yarısında hər ay artıb
2023-cü ilin yanvar-iyun aylarında Hamburq limanının (Almaniya) ümumi yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% azalaraq 58,2 milyon ton təşkil edib. Hesabat dövründə qalaq yüklərin aşırılması 7,7% artaraq 19 milyon tona, ümumi yüklərin aşırılması 11,1% azalaraq 39,2 milyon ton təşkil edib.
“Seanews.az”-ın məlumatına görə, kənd təsərrüfatı yüklərininin aşırılmasında 18,6 faiz (3,5 milyon ton), maye yüklərin aşırılmasında isə 18,1 faiz (5,3 milyon tonadək) artım müşahidə olunub.
Hamburq limanında yüklərin aşırılmasının həcminə Avropadakı gərgin iqtisadi və geosiyasi vəziyyət təsir göstərir.
Hamburq limanında konteyner aşırılması 2023-cü ilin birinci yarısında hər ay artıb: iyun ayında konteyner aşırılması yanvar ayı ilə müqayisədə 10,2% yüksək olub. İlk iki rübün müqayisəsi konteyner dövriyyəsində 4,6% artım olduğunu göstərir.
Ümumilikdə, ilin birinci yarısında limanın konteyner terminalları 3,8 milyon TEU işləsə də, bu keçən ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır.


