Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində yük gəmilərinin toqquşması nəticəsində iki nəfər itkin düşüb

Dünən axşam saatlarında Vakayama prefekturasının (Yaponiyanın qərbi) sularında iki yük gəmisi toqquşub.

“Sinxua” yerli mətbuata istinadən xəbər verir ki, bir gəmi çevrilib, heyətin iki üzvü itkin düşüb.

Yerli vaxtla saat 23:40 radələrində Liberiyada qeydiyyatda olan yük gəmisi Vakayama prefekturasının sahillərində Kii boğazında Yaponiyanın “İzumi Maru” yük gəmisi ilə toqquşması barədə məlumat verərək təcili kömək istəyib.

Yapon gəmisinin batması nəticəsində beş heyət üzvündən üçü xilas edilib.

“Kiodo” agentliyinin məlumatına görə, Sahil Mühafizəsinin xilasediciləri itkin düşənləri axtarırlar.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır