Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

“Maersk”-ə məxsus konteyner gəmisi Rotterdam limanında "yaşıl" metanolla doldurulub

Danimarka nəhəngi “Maersk”-ə məxsus konteyner gəmisi Rotterdam limanında "yaşıl" metanolla doldurulub. Əməliyyatı yanacaq təchizatı şirkəti “OCI HyFuels” (“OCI Global”-ə daxildir) həyata keçirib.

“Seanews.az”-ın məlumatına görə, ekoloji cəhətdən təmiz metanolla işləyən konteyner gəmisi Kopenhagenə ilk səfərində Rotterdam limanında yanacaq doldurmaq üçün son dayanacağını edib. Gəmi dünyanın ən işlək dəniz marşrutlarından biri ilə - Cənubi Koreyadan Sinqapur və Süveyş kanalı vasitəsilə keçib.

Konteyner gəmisinin marşrutunun başlanğıcında “OCI HyFuels” şirkəti Ulsan (Cənubi Koreya) limanında “yaşıl” metanolla bunkerləmə həyata keçirib.

 “OCI”-yə görə, yaxın beş ildə metanola qlobal tələbat ildə 4 milyon tona çata bilər.

“OCI HyFuels” nəqliyyat yanacağı kimi ekoloji cəhətdən təmiz metanol hazırlayır. Hazırda “OCI” ildə 200 min tona qədər ekvivalent istehsal edir. Şirkət biometanol, sintetik metanol (e-metanol), təkrar karbon yanacaqlarından metanol (RCF), bərpa olunan təbii qaz, etanol və bio-MTBE daxil olmaqla, aşağı karbonlu və ekoloji cəhətdən təmiz metanol məhsulları çeşidini genişləndirmək üçün çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır