Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

“Cstar” və “Sinokor” Rusiya Federasiyası və Çin limanları arasında birgə xidmətə başlayıb

Xarici konteyner xətləri, aşağı yükdaşıma tariflərinə baxmayaraq, Rusiyaya xidməti genişləndirirlər.

“Sea News” xəbər verir ki, yeni yaradılan “CStar Line” (şirkətin baş direktoru əvvəllər “Maersk Line”-in Rusiya ofisinə, eləcə də xəttin Şərqi Avropa bölməsinə rəhbərlik etmiş Jolt Katonadır) Çin və Rusiya arasında xidmətlərə başlamaq üçün Cənubi Koreyanın “Sinokor Merchant Marine” daşıyıcısı ilə əməkdaşlıq edib. Dəniz nəqliyyatı bazarına yeni gələn “Yangpu New New Shipping”, Şimal Dəniz Marşrutu boyunca xidmətlər üçün daha çox nəqliyyat imkanından istifadə edəcək.

“Cstar” və “Sinokor”-un birgə xidməti aşağıdakı ardıcıllıqla limanlara daxil olmağı təklif edir: Yantyan – Nanşa – Syamen – Şanxay – Vostoçnı – Yantyan.

Bu xidmətə cəlb eilən ilk konteyner gəmisi, 2,9 min TEU tutumlu “Bright City” sentyabrın 3-də səfərə çıxıb.

Yaxın gələcəkdə "Bright City"dən başqa, daha iki gəmi - 2,2 min TEU tutumlu "Mao Gang Guang Zhou" və "Mao Gang Quan Zhou" xəttə buraxılacaq.

Öz növbəsində, “Yangpu New New Shipping” 1,6 min TEU tutumlu “Newnew Polar Bear” konteyner gəmisinin şərq istiqamətində uğurlu sınaq səfətindən sonra Şimal Dəniz Marşrutu boyunca Çin - Sankt-Peterburq marşrutuna daha üç gəmi əlavə edib.

“The Loadstar” yazır ki, “Newnew Polar Bear” avqustun 22-də Tyantszin limanından Sankt-Peterburqa yola düşüb. Həmçinin avqustun 1-də və iyulun 31-də bu marşrut üzrə səfərlərə başlayan 1,2 min TEU tutumlu “Xin Xin Hai 1” və 2,7 min TEU tutumlu “Xin Xin Tian 1” gəmiləri var.

3,5 min TEU tutumlu digər konteyner gəmisi “Newnew Star” sentyabrın 4-də Sankt-Peterburqdan şərqə doğru istiqamət götürüb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır