Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Finlandiya limanlarının ümumi konteyner dövriyyəsi azalıb

2023-cü ilin yanvar-iyul aylarında tranzit daxil olmaqla Finlandiyanın bütün limanlarının ümumi konteyner dövriyyəsi 839 min TEU təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,9% azdır.

Eyni zamanda, ixrac konteyner axını 0,9% artaraq 409,6 min TEU, konteyner idxalı 8,2% azalaraq 379,8 min TEU təşkil edib. Konteyner tranziti 20,7% azalaraq 49,6 min TEU olub.

Finlandiyanın konteyner limanları arasında lider olan Hamina Kotka 2023-cü ilin ilk 7 ayında (tranzit istisna olmaqla) 352,9 min TEU-dan çox yük aşırıb ki, bu da bir il əvvəlkindən 0,1% azdır.

Hesabat dövründə Helsinki limanının yanalma körpülərindən bir il əvvəllə müqayisədə 9,2% az konteyner - 251,4 min TEU keçib.

Rauma 117,3 min TEU ilə konteynerlərin aşırılma həcmini 7,5% artırıb.

2023-cü ilin yanvar-iyul aylarında Hanko limanında konteyner dövriyyəsi 23,2% azalaraq 34,1 min TEU təşkil edib. Oulu limanı 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 13% az - 14,8 min TEU işləyib.

Konteyner dövriyyəsində mənfi dinamika Tornioda - 9,8% (6,9 min TEU-ya qədər), Usikapunkidə - 73,5% (307 TEU-a qədər), Pietarsaaridə - 80,7% (94 TEU-ya qədər) və Poridə - 71,4% (104 TEU-ya qədər) qeydə alınıb.

2023-cü ilin 7 ayının yekunlarına əsasən, Kemi limanı konteyner aşırmalarını əhəmiyyətli dərəcədə - 2,2 dəfə 2,9 min TEU-ya qədər artırıb

Kokkola konteyner dövriyyəsini 10,7% (6,7 min TEU-ya qədər), Turku - 8,3% (1,8 min TEU-ya qədər) artırıb.

Raahe limanında konteyner ötürmə qabiliyyəti ötən ilin yanvar-iyul ayları səviyyəsində qalıb - 88 TEU.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır