Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

İkinci təyyarədaşıyan gəminin inşası imkanları nəzərdən keçirilir

Hindistan Hərbi Dəniz Qüvvələri Komandanlığı ölkə daxilində layihələndirilmiş və inşa edilmiş ikinci təyyarədaşıyan gəminin tikintisi ilə bağlı hökumətə təklif təqdim edib.

TASS-ın “AN”I agentliyinə istinadən verdiyi xəbərə görə, gəminin ölkədə həyata keçirilən “Hindistanda istehsal et” və “Atmanirbharta” (müdafiə məhsulları ilə özünütəminetmə) dövlət proqramları çərçivəsində inşası ilə bağlı qərar müvafiq sənədlərə baxıldıqdan sonra veriləcək. Müdafiə Nazirliyinin təklifi təsdiqlənərsə, təyyarədaşıyan gəminin tikintisi Kerala ştatının cənubundakı “Cochin Shipyard Limited” şirkətinə həvalə olunacaq.

Xatırladaq ki, Hindistanın öz layihə və konstruksiyası olan və sanskrit dilindən tərcümədə “Cəsur” mənasını verən ilk təyyarədaşıyanı “Vikrant” ötən ilin sentyabrında rəsmi olaraq ölkənin hərbi dəniz qüvvələrinə qəbul edilib.

Yüngül təyyarədaşıyanlar sinfinə aid olan "Vikrant"ın uzunluğu 262 metr, eni 62 metr və yükgötürmə qabiliyyəti təxminən 45 min tondur. Maksimal sürəti 28 düyün olan gəmi göyərtəsinə 30 müxtəlif tipli təyyarə və helikopter götürə bilər. Gəminin heyəti təxminən 1600 nəfər nəzərdə tutulur.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır