Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-29,
Seanews
Heyder Eliyev

Şanxay limanının yük dövriyyəsi 10% artıb

2023-cü ilin yanvar-avqust aylarında Çinin Şanxay limanının yük dövriyyəsi bir il əvvəlki ilə müqayisədə 10% artaraq 371 milyon ton təşkil edib.

Liman administrasiyasının məlumatına görə, hesabat dövründə konteyner dövriyyəsi 3,5% artaraq 3,21 milyon TEU-ya çatıb.

“PortNews” xəbər verdiyi kimi, başqa bir Çin limanı olan Honkonqda isə, əksinə, 2023-cü il ərzində yük aşırılmasında azalma davam edir. 2023-cü ilin yanvar-avqust aylarında limanın konteyner dövriyyəsi 15,1% azalaraq 9,55 milyon TEU-ya, o cümlədən ən böyük konteyner terminalı olan Kvay Sinq vasitəsilə aşırılma 16,6% azalaraq 7,4 milyon TEU-ya düşüb.

Şanxay limanı Çinin dərin sulu dəniz və çay limanıdır. 2022-ci ildə limanda 513,7 milyon ton yük aşırılıb.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır