Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb - VİDEO
Bu gün saat 12:00-da Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) müxtəlif strukturlarında və gəmilərində çalışan əməkdaşlar da sükut dəqiqəsinə qoşulublar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


