Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

ASCO kollektivinə ağır itki üz verib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib. Dəniz Nəqliyyatı Donanmasının "Dədə Qorqud" tankerinin motorçusu Məlikov Vüsal Güloğlan oğlu vəfat edib. 

Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. 

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb. 

Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən həmkarımız Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb.

 

Təqdim etdiyimiz videoda Vüsal Məlikov keçdiyi şanlı döyüş yolunu bizimlə bölüşür:

 

ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk. 

Allah rəhmət eləsin!

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır