Təyyarədaşıyan gəmidə yanğın baş verib
Şotlandiyanın Qlenmallen limanında dayanmış “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində yanğın baş verib.
Britaniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü "HMS Queen Elizabeth”-də baş verən kiçik yanğının tez bir zamanda nəzarət altına alındığını və söndürüldüyünü" söyləyib.
Hadisə zamanı ölən olmayıb.
“The Daily Mail”in məlumatına görə, yanğın martın 9-da yerli vaxtla saat 23:50-də başlayıb. Flaqman təmir üçün Rosyth limanına getməzdən əvvəl sursatları boşaltmaq üçün Qlenmallenə yan alıb.
Qeyd edək ki, “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi Britaniya donanmasının tərkibinə 2017-ci ildə daxil edilib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


