Dalyan limanı beynəlxalq kruiz gəmilərinin qəbulunu bərpa edib
Çinin şimal-şərqindəki Dalyan limanı martın 10-da “Niderland America Line” şirkətinin “Zuiderdam” gəmisi ilə beynəlxalq kruiz gəmilərinin qəbulunu bərpa edib.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, dörd illik fasilədən sonra Çinin şimal-şərqinə səfər edən ilk beynəlxalq kruiz gəmisidir. “Zuiderdam”ın göyərtəsində 47 ölkədən 2 minə yaxın turist var.
Xatırladaq ki, pandemiya başlayandan qısa müddət sonra beynəlxalq kruiz gəmilərinin səfərləri dayandırılmışdı. Çin limanlarına və limanlarından kruiz xidmətlərinin tam bərpası 2023-cü ilin sentyabrında elan edildi. Bu qərar Şanxay və Şençjendə başlanan uğurlu pilot proqramdan sonra qəbul edilib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


