Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Fransada hidrogenin Avropaya idxalı üçün liman infrastrukturu yaradılacaq

Dəniz enerji infrastrukturu üçün həllərin yaradılması üzrə ixtisaslaşan “Hoegh Evi” şirkəti Fransanın La Nouvel limanının idarəedici şirkəti “SEMOP Port-La Nouvelle” (“SEMOP PLN”) ilə hidrogen idxalı üçün üzən terminal layihəsinin hazırlanması ilə bağlı anlaşma memorandumu imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, yeni üzən terminal La-Nuvel limanını əsas infrastruktur və hidrogen nəqliyyat qovşaqları ilə birləşdirən digər Avropa enerji layihələri ilə əlaqələndiriləcək.

Layihənin təşəbbüskarları 2030-cu ilə qədər terminal vasitəsilə illik idxal həcmini 210 min tona çatdırmaq niyyətindədirlər. Bu, Fransanın hidrogen kəmərinin hazırlığından asılı olacaq. Tərəfdaşlar layihənin texniki-iqtisadi əsaslandırmasını birgə aparacaq və tezliklə limanda infrastruktur layihəsinin hazırlanmasına başlayacaqlar.

“Hoegh Evi” uzun illərdir üzən enerji infrastrukturu layihələrinin yaradılması ilə məşğul olur və təbii qazın idxalı üçün üzən FSRU sistemlərinin böyük donanmasına malikdir. Bu gün şirkət ammonyak və hidrogenin qəbulu üçün üzən terminallardan tutmuş karbonun daşınması və saxlanması xidmətlərinin göstərilməsinə kimi hər cür zəruri infrastrukturu təqdim edir.

La-Nouvel dərin su limanı Fransanın Oksitaniya bölgəsində yerləşir. Hazırda tikilməkdə olan limanın istismara verilməsi 2026-cı ilin əvvəlinə planlaşdırılır. Liman dövlət (49%) və bir qrup özəl səhmdarın (51%) maraqlarını təmsil edən “SEMOP PLN” şirkəti tərəfindən idarə olunacaq.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır