Banqladeşdə dərin dəniz limanı tikiləcək
Banqladeş Yaponiyanın iki şirkəti – “Penta-Ocean” və “Corporation” ilə Matarbaridə ölkənin ilk dərin dəniz limanının tikintisinə dair müqavilə imzalamağı planlaşdırır.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə Hindistan KİV-i Çattoqram limanı administrasiyasının katibi Məhəmməd Ömər Faruqa istinadən məlumat yayıb.
Layihə 2020-ci ildə təsdiqlənib, lakin torpaqların alınmasına dair icazələrə görə gecikib. İlkin dəyəri 191 milyon dollardan çox olan layihənin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur.
Hazırda Çattoqram limanı uzunluğu 200 metr, dedveyti 35 000 ton və suya oturumu 10 metrədək olan gəmiləri qəbul edir. İlk dərin dəniz limanının tikintisinin birinci mərhələsindən sonra Matarbari limanı suya oturumu 16 metr olan gəmiləri qəbul edə biləcək.
Yeni dərin su limanının istifadəyə verilməsi yüklərin çatdırılma müddətini və xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Belə ki, hazırda 20 futluq bir konteynerin daşınması 3 min dollara başa gəlir, Avropaya çatdırılması isə 40-42 gün çəkir. İstifadəyə
verildikdən sonra tutumu 8,2 min TEU-dan çox olan iri konteyner gəmiləri limanın körpülərinə yan ala biləcək, çatdırılma müddəti 16-17 günə, xərclər isə 1,3 min dollara qədər azalacaq.
“Seanews.az”