Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-20,
Seanews
Heyder Eliyev

Kruiz gəmisində baş verən yanğın nəticəsində bir nəfər ölüb

Sinqapura doğru hərəkətdə olan, Liberiya bayrağı altında üzən "World Dream" gəmisində baş verən yanğın zamanı bir heyət üzvü həyatını itirib.  

Hadisə fevralın 20-də, Sinqapur vaxtı ilə təxminən saat 04:00-da qeydə alınıb. Yanğın qısa müddət sonra heyət tərəfindən nəzarətə götürülb.

Gəmi sabit vəziyyətdədir və hazırda “Raffles Reserved Anchorage”də lövbər salıb.

Sinqapurun Dəniz və Liman İdarəsinin (MPA) patrul gəmiləri, Sahil Mühafizə Polisi və SCDF-nin Dəniz Bölməsi hadisə yerindədir.

Gəmidə ümumilikdə 612 nəfər (388 heyət üzvü və 224 texniki işçi/sərnişin)  olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır