Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-25,
Seanews
Heyder Eliyev

ADDA “TələbəPlus”a qoşulub

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Elm və Təhsil Nazırliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb. İlkin əməkdaşlıq sahəsi olaraq “TələbəPlus” layihəsi nəzərdə tutulub.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev bildirib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi ali təhsil müəssisəsində idarəetmə proseslərinin təkmilləşdirilməsinə, tələbələrin akademik və sosial imkanlarının genişləndirilməsinə mühüm töhfədir. 

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli isə istifadəçilərin kartın güzəştlərindən hansı ticarət, iaşə və sosial obyektlərdə yararlana biləcəklərini qeyd edib.  

“TələbəPlus”un təqdimatında həmçinin kartın üstünlükləri ilə yanaşı, funksionallığı barədə ətraflı məlumat verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır