Azərbaycan Dənizçilik Kollecində Xocalı soyqırımının qurbanları anılıb
Azərbaycan Dənizçilik Kollecində (ADK) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kollecin müəllim-tələbə kollektivi soyqırımı qurbanlarının xatiəsinə ehtiramlarını bildiriblər.
Sonra bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqda videoçarx nümayiş etdirilib.
Tələbələr faciə ilə bağlı çıxış ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır





