Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-07,
Seanews
Heyder Eliyev

Uşaqlar “Suraxanı” gəmi-muzeyində dənizçilik ənənələri ilə tanış olublar

Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyinin nümayəndələri üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və mədəni-maarifləndirici fəaliyyətlərə cəlb olunmasıdır.

Tur çərçivəsində benefisiarlar Azərbaycanda dənizçilik ənənələri, milli gəmiçilik sənayesinin formalaşması və inkişafı, dənizdə neft hasilatının tarixi ilə yaxından tanış olublar.

Uşaqlara “Suraxanı” tankeri, o cümlədən onun dəniz nəqliyyatı sahəsindəki rolu və muzeyə çevrilmə prosesi haqqında ətraflı məlumat verilib.

Ekskursiya iştirakçıları muzeydə nümayiş etdirilən tarixi eksponatlarla tanış olub, müxtəlif vizual və səsli təqdimatlara baxmaq imkanı qazanıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır