Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-11,
Seanews
Heyder Eliyev

“Tərəqqi” medallı veteran dənizçi Nəzakət Pənahova “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Dəniz nəqliyyatı sahəsində 55 ildən çox fəaliyyət göstərmiş, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər baş dispetçeri olmuş Nəzakət Pənahova ailə üzvləri ilə birlikdə “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. Bələdçilər ziyarətçilərə muzeyin tarixi, burada nümayiş olunan unikal eksponatlar, eləcə də Azərbaycan dənizçiliyinin müxtəlif dövrlərini əks etdirən materiallar haqqında ətraflı məlumat veriblər. Qonaqlara həmçinin muzeydə tətbiq olunan interaktiv həllər, müasir texnologiyalar əsasında hazırlanmış eksponatlar nümayiş etdirilib.

Nəzakət Pənahovaya atası – uzun illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində kapitan vəzifəsində çalışmış Hacımurad Pənahovun xatirəsinə həsr olunmuş, muzeyin dənizçilər qalereyasında yer alan guşə də göstərilib.

Qeyd edək ki, Nəzakət Pənahova dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır