Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-13,
Seanews
Heyder Eliyev

IMO üzv dövlətlərin audit sisteminin ikinci mərhələsinə hazırlaşır

Beynəlxalq Dəniz Təşkilatı (International Maritime Organization – IMO) Üzv Dövlətlərin Audit Sxemi (IMSAS) üzrə ikinci audit dövrünün başlanmasına hazırlaşır. Bu mərhələ yenilənmiş çərçivə və prosedurlar əsasında həyata keçiriləcək.

“Seanews.az” xəbər verir ki, təşkilatın 34-cü Assambleyasında qəbul edilən A.1211(34) qətnaməsinə əsasən, IMSAS üzrə yenilənmiş çərçivə və prosedurlar 30 iyun 2026-cı ildən qüvvəyə minəcək və əvvəlki A.1067(28) qətnaməsini əvəz edəcək. Yeni yanaşma ilk audit dövründə (2016–2025) əldə olunan təcrübə əsasında hazırlanıb və 2027-ci ilin iyulundan başlayacaq ikinci audit mərhələsinin əsasını qoyacaq.

Bu dəyişikliklərə risk əsaslı audit yanaşmasının tətbiqi, IMSAS çərçivəsində üzv dövlətlərlə davamlı əməkdaşlığı təmin edən Monitorinq Mexanizminin (ICMM) yaradılması, auditlərin planlaşdırılması və hesabatlılığın sadələşdirilməsi, habelə məlumatların daha dərin təhlili daxildir.

Hazırlıq çərçivəsində IMO tərəfindən IMSAS auditorları üçün məlumatlandırma görüşü keçirilib. Tədbirdə 66 üzv dövlətdən 125 auditor iştirak edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır