Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Nüvə enerjisinin mülki gəmiçiliyə qaytarılması üçün qlobal təşəbbüs başlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nüvə enerjisinin mülki gəmiçilikdə istifadəsi üçün zəruri tənzimləmə və təhlükəsizlik çərçivəsinin yaradılmasına yönəlmiş qlobal təşəbbüsə başlayıb.

“Seanews.az” xəbər verir ki, “ATLAS” (Atomic Technologies Licensed for Applications at Sea) adlanan təşəbbüs Vaşinqtonda təqdim olunub. Tədbirdə 50-dən çox ölkədən hökumət nümayəndələri, tənzimləyici qurumlar, gəmi sahibləri, limanlar və nüvə sənayesini təmsil edən 600-ə yaxın iştirakçı bir araya gəlib.

25 ölkə təşəbbüsü dəstəkləyən birgə bəyanat imzalayıb. BAEA hesab edir ki, kiçik modul reaktorlar və digər qabaqcıl texnologiyalar nüvə enerjisi ilə işləyən gəmilərin 2030-cu illərdə istifadəyə verilməsinə imkan yarada bilər.

Təşəbbüs çərçivəsində nüvə gəmilərinin tənzimlənməsi, sığortalanması, məsuliyyət məsələləri, limanlarda qəbulu, təhlükəsizlik və heyətin formalaşdırılması kimi məsələlər üzrə altı ekspert qrupu yaradılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır