Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Şimali Kipr sahillərində Türkiyə bərəsi batıb: 8 nəfər ölüb, 18 nəfər itkin düşüb

Şimali Kipr sahillərində Türkiyəyə məxsus “Filojet” yüksək sürətli sərnişin bərəsi batıb. Son məlumatlara görə, 241 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb, 18 nəfərin axtarışları davam edir. 

“Seanews.az” xəbər verir ki, 40,5 metr uzunluğundakı katamaran tipli Filojet” bazar günü günorta saatlarında Şimali Kiprin Girne limanından Türkiyənin materik hissəsinə yola düşüb. Təxminən iki saatlıq səfərə başlayan gəmi yola çıxdıqdan qısa müddət sonra su almağa başlayıb və kapitan həyəcan siqnalı verib. Gəmi sahildən təxminən 4 dəniz mili aralıda yan üstə çevrilib.

Hadisə yerinə Şimali Kipr və Türkiyənin Sahil Mühafizə qüvvələrinin gəmiləri, helikopterləri və digər xilasetmə vasitələri cəlb olunub. Sərnişinlərin bir qismi xilasedici jiletlər geyinərək suya atılıb, xilas edilənlər Şimali Kiprdə xəstəxanalara çatdırılıb.

Bərənin sualtı maneə ilə toqquşduğu ehtimalı da araşdırılır. Türkiyə hakimiyyəti hadisənin səbəblərini müəyyənləşdirmək üçün dalğıcların iştirakı ilə gəminin “qara qutusu”nun çıxarılmasını planlaşdırır. Kapitan və 7 heyət üzvü istintaq çərçivəsində saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır