Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Böyük Sədd rifinə çırpılan yaxta cərimələnə bilər

Avstraliyanın Böyük Sədd rifi ərazisində “Viva La Vida” adlı lüks yarış yaxtası qayalığa çırpılaraq qəzaya uğrayıb. 25 metr uzunluğunda yaxta 2026–2027-ci illər “Oyster World Rally” yarışında iştirak edən 23 yaxtadan biri olub.

“Seanews.az” xəbər verir ki, hadisə avqustun 21-də Uitsanday adaları yaxınlığında baş verib. Böyük Sədd Rifi Dəniz Parkı İdarəsinin məlumatına görə, yaxta yüksək sürətlə hərəkət edərkən Lonq adası yaxınlığındakı qayalı rifə çırpılıb. Zərbədən sonra yaxta çevrilərək suyun üzərində nəzarətsiz qalıb. Göyərtədə olan 10 nəfərin hamısı xilas edilib.

56 ton ağırlığında yaxtanın hazırda qaldırıcı yastıqlar vasitəsilə sabit vəziyyətə gətirildiyi, dirəyin və takelajın sökülərək hava şəraitindən asılı olaraq Makkay şəhərinə yedəklənməsinin planlaşdırıldığı bildirilir. Hadisə nəticəsində dizel yanacağı sızması qeydə alınmayıb.

Qəza ilə bağlı yaxtanın kapitanı və təşkilatçı şirkət 364 min Avstraliya dollarınadək (təxminən 261 min ABŞ dolları) cərimə ilə üzləşə bilər. Cərimənin məbləği hadisənin konkret hallarından və rif ekosisteminə vurulan zərərin ağırlığından asılı olacaq.

Məlumata görə, son beş ildə Böyük Sədd rifi ərazisində hər il orta hesabla 58 gəminin qayalığa oturması və ya batması qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır