Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Mərmərə dənizində iki ticarət gəmisi toqquşub, 10 nəfər itkin düşüb

İstanbulun Silivri rayonunun sahillərindən təxminən 18 dəniz mili cənubda Türkiyə bayraqlı iki ticarət gəmisi toqquşub. Hadisə saat 03:00 radələrində baş verib.

“Seanews.az” Türkiyə mediasına istinadla bu barədə xəbər verir. İstanbul Valiliyinin məlumatına görə, “ALSU” və “TUĞBERK İMAMOĞLU” adlı gəmilər toqquşub. “ALSU” Kocaelidən Əliağaya, “TUĞBERK İMAMOĞLU” isə İsgəndərun limanından Karadeniz Ereğliyə istiqamətində hərəkət edirmiş.

Hadisə yerinə Türkiyə Sahil Təhlükəsizliyi qurumlarına məxsus çoxsaylı dəniz vasitələri, həmçinin helikopter göndərilib.

İlkin araşdırmaya əsasən, “ALSU” gəmisində gözlə görünən zədə aşkarlanmayıb. Lakin “TUĞBERK İMAMOĞLU” gəmisi və onun göyərtəsindəki 10 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb. Hazırda gəmi və heyətin tapılması üçün dəniz və hava vasitələrinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır