Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

IMEC qadın dənizçilərin dəstəklənməsi üçün 500 min dollar ayıracaq

Beynəlxalq Dənizçilik İşəgötürənləri Şurası (IMEC) qadın dənizçilərin yalnız sektora cəlb olunması deyil, həm də uzunmüddətli karyeralarını davam etdirməsinə dəstək məqsədilə 500 min dollarlıq maliyyə təşəbbüsü başladıb.

“Seanews.az” xəbər verir ki, “She Sails” maliyyələşdirmə təşəbbüsü çərçivəsində vəsaitin 250 min dolları Filippinə, qalan 250 min dolları isə dünya üzrə qadın dənizçilərə ayrılacaq.

Proqram IMEC-in öz təlim proqramlarından kənarda olan iştirakçılar üçün də açıqdır.

IMEC bildirir ki, qadın kadetlərin sayında artım olsa da, onların zabit vəzifələrinə yüksəlməsi və sektorda uzunmüddətli fəaliyyətini davam etdirməsi hələ də əsas problemlərdəndir.

Təşəbbüs qadınların kadetlikdən zabitlik pilləsinə keçidini və dənizçilikdə qalmasını dəstəkləməklə yanaşı, gender müxtəlifliyi sahəsində real nəticələr əldə edən şirkətlərin tanınmasını və qadın zabitlərin karyera inkişafı barədə məlumatların toplanmasını nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır