Sərnişin bərəsi qəzasında ölənlərin sayı artıb
Girne–Taşucu marşrutu üzrə hərəkət edərkən çevrilən “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışları altıncı gündür davam edir.
“Seanews.az” xəbər verir ki, dünən daha iki meyitin aşkarlanması ilə qəza nəticəsində ölənlərin sayı 10-a yüksəlib, 18 nəfər isə itkin hesab olunur. Axtarış-xilasetmə əməliyyatı gecə saatlarında da davam etdirilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib ki, təxminən 550 metr dərinlikdə müəyyən edilən obyektin “Filo Jet” gəmisinin batmış gövdəsi olduğu təsdiqlənib və gəmiyə çatmaq mümkün olub. Ərazidə “TCG Işın” və “TCG Alemdar” gəmilərinin iştirakı ilə sutka ərzində fasiləsiz görüntüləmə və axtarış işləri aparılır.
Əməliyyatlar gəminin böyük dərinlikdə olması səbəbindən sualtı robotlar və xüsusi texniki sistemlər vasitəsilə həyata keçirilir.


