Hörmüz boğazında gəmi hərəkəti may ayından bəri ən aşağı səviyyəyə düşüb
ABŞ və İranın tankerlərə qarşılıqlı zərbələrindən sonra son 10 gündə Hörmüz boğazından gündə orta hesabla 10 yük gəmisi keçib. Bu, may ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
“Seanews.az” xəbər verir ki, “Kpler” analitik şirkətinin məlumatına görə, 10 günlük orta göstərici bazar günü 10 gəmi təşkil edib. Halbuki cümə günü bu rəqəm 15-dən, şənbə günü isə 13-dən çox olub. Şənbə günü boğazdan cəmi 2, bazar günü isə 6 gəmi keçib və onların əksəriyyəti İran marşrutundan istifadə edib.
“Kpler”in hesabatında o da bildirilir ki, bazar günü boğaza bir çox böyük xam neft tankeri (VLCC) və metal, taxıl və ya yağlı toxum yükləri daşıyan üç quru yük gəmisi daxil olub. Lakin çərşənbə günündən bəri heç bir VLCC boğazdan çıxmayıb. Səudiyyə Ərəbistanı limanından yüklənmiş neft məhsulları tankerinin isə boğazdan çıxmaq cəhdi uğursuz olub və gəmi geri qaytarılıb.


